“Avropa liderlərinin uğursuz olduğu yerdə Ərdoğan uğur qazandı” – Özəl

Belçika dövlət televiziyası Ərdoğanı digər Avropa liderlərinin edə bilmədiyi real nəticələrə nail olan mühüm lider kimi təsvir edib.

Aktualtv.az xəbər verir ki, Belçika Dövlət Kanalı Türkiyədəki seçkilərin nəticəsinin əhəmiyyətini Avropa üçün gündəmə gətirib. Telekanalda yayımlanan xəbərdə prezident Ərdoğan digər Avropa liderlərinin bacara bilmədiklərinə nail olan, konkret nəticələrə nail ola biləcək mühüm lider kimi xarakterizə edilib.

Belçika Dövlət Kanalı RTBF-nin məlumatına görə, bu il beynəlxalq gündəmin ən aktual mövzularından biri Türkiyədə keçiriləcək prezident seçkiləridir.

RTBF saytındakı xəbərdə mayın 14-də keçirilməsi planlaşdırılan seçkinin Avropaya təsiri müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusilə beynəlxalq səviyyədə mühüm tarazlıq addımları atdığı şərh edilib. Digər Avropa liderlərinin bacarmadığını Ərdoğanın əldə etdiyi vurğulanıb.

Brüssel Universitetinin sosiologiya professoru Firuzeh Nəhavəndinin fikirləri xüsusi qeyd edilib.

Nəhavəndi qeyd edib ki, Ərdoğan digər Avropa liderlərindən fərqli olaraq Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenski ilə yaxşı münasibətləri qoruyub saxlaya bilir.

Nəhavəndinin fikrincə, Ərdoğan balanslı siyasəti ilə nəzərə çarpan nəticələr əldə edə bilən mühüm liderdir.

RTBF seçkinin mümkün iqtisadi nəticələrini də dəyərləndirib. Türkiyədə çoxlu Avropa şirkətlərinin olduğu və türk əhalisinin Avropada investisiyalarının olduğu xatırladılıb. Ərdoğanın varlığının seçkidən sonra hər iki tərəfə böyük iqtisadi fayda gətirəcəyi şərh edilib.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]