Bu ölkə icbari hərbi xidməti yenidən tətbiq edir – Özəl

Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman Almaniyada icbari hərbi xidmətin tətbiqini istisna etməyib.

Aktualtv.az xəbər verir ki, “əslində hərbi xidmətə çağırışın ləğvi yalnız sülh dövründə tətbiq olunur. Gərginlik və ya müdafiə zərurəti yaranarsa, o, yenidən tətbiq oluna bilər”, – deyə millət vəkili bildirib. Eyni zamanda, siyasətçinin fikrincə, Almaniyada 2011-ci ilə qədər qüvvədə olan hərbi çağırış yenilənərsə, qadınlara da şamil edilməli və on iki aya qədər uzadılmalıdır.

Millət vəkili əlavə edib ki, məcburi hərbi xidmətin bərpası barədə danışmazdan əvvəl Bundesverdə bəzi şeylər dəyişməlidir. Kazarmalar tikilməli və ya genişləndirilməli, daha çox təlimatçı və hərbi texnika cəlb olunmalıdır ki, bu da, təkcə vaxt deyil, həm də on milyardlarla avro tələb edəcək.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]