Daha bir ölkə İrana sanksiya tətbiq edir – Özəl

Avstraliya, İranda bəzi şəxslərə və təşkilatlara sanksiya tətbiq edilməsinə qərar verib.

Aktualtv.az xəbər verir ki, Avstraliya insan haqlarının pozulmasını əsas gətirərək İranda bəzi şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Avstraliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə sərt müdaxilə edildiyi və insan hüquqlarının ciddi şəkildə pozulduğuna görə İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) üzvləri də daxil olmaqla bəzi əsgər və siyasətçilərin sanksiya siyahısına salındığı qeyd ediıib.

Bundan əlavə, açıqlamada Rusiyaya pilotsuz uçuş aparatları tədarük edən 4 iranlı və 4 təşkilata maliyyə sanksiyasının tətbiq edildiyi bildirilib. Buna səbəb olaraq Ukrayna vətəndaşlarına zərbələr endirmək üçün İran istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə edildiyi göstərilib.

Xatırladaq ki, 2022-ci il sentyabrın 13-də Tehranda “mənəviyyat polisi” kimi tanınan İrşad patrulları tərəfindən xəsarət verilərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi hökumətə qarşı etirazlara səbəb oldu.

18 dekabr 2022-ci il tarixli hesabatda Əminin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 469 etirazçının öldüyü bildirilib.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]