İrandakı hərbi obyektə hücumda istifadə edilən PUA-ların bu ölkədən gəldiyi iddia edilir – Özəl

İranın İsfahan şəhərindəki hərbi obyektə hücumda istifadə edilən PUA-ların Şimali İraqdakı İran rejiminə qarşı kürd qruplaşmaları tərəfindən ölkəyə gətirildiyi iddia edilib.

Aktualtv.az xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nournews” xəbər saytı İsfahandakı hücumda istifadə edilən avadanlıqlarla bağlı iddialara yer verib.

Saytın Twitter hesabındakı paylaşımda, “Bir neçə gün əvvəl İsfahanda baş vermiş təxribat aksiyasında istifadə edilən partlayıcı qurğular xarici təhlükəsizlik agentliyinin sifarişi ilə və İran inqilabına qarşı kürd qrupları vasitəsilə ölkəyə gətirilib.

Yanvarın 28-də İsfahanda sursat istehsalı müəssisəsində partlayış baş verib və İran Müdafiə Nazirliyi hərbi obyektə mikro-PUA hücumu həyata keçirildiyini bildirib.

İran Assambleyasının İsfahan müavini Hüseyn Mirzay İsfahan səmasında görünən PUA-ların İsrailə aid olduğunu iddia edib.

“Wall Street Journal” qəzeti də İranın hərbi obyektinə hücumu İsrailin İHA-larla həyata keçirdiyini yazıb.

“Yediot Ahronot” qəzeti də adları açıqlanmayan ABŞ rəsmilərinin “hücumu İsrailin törətdiyini” bildirib.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]