“İsrail müəyyən silah hazırlanmalarına qarşı tədbirlər görür” – Özəl

İsrailin Baş naziri Benyamin Netanyahu İranın mərkəzi şəhəri olan İsfahanda hərbi zavoda endirilən zərbə ilə bağlı açıqlama verib.

Aktualtv.az xəbər verir ki, “CNN”ə müsahibəsində o, İsrail İrandakı “müəyyən silah hazırlanmalarına qarşı tədbirlər görür” deyib. Lakin Baş nazir İsfahandakı zavoda hücumun arxasında İsrailin dayanıb-dayanmamasını nə təsdiqləyib, nə də təkzib edib:

“Mən heç vaxt konkret əməliyyatlar barədə danışmıram və hər dəfə Yaxın Şərqdə bir partlayış olanda İsraili ittiham edir və ya üzərinə məsuliyyət qoyurlar – bəzən bizik, bəzən yox”.-deyə fikirini tamamlayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]