Putin xüsusi olaraq həmin tarixi seçdi: Rusiyadan eyni vaxtda hücuma hazırlıq – Özəl

İddia olunur ki, Putin müharibənin başladığı tarix olan fevralın 24-də Ukraynaya kütləvi hücum planlaşdırıb.

Aktualtv.az xəbər verir ki, Ukraynadan xəbərdarlıq gəlib ki, Putin müharibənin başladığı tarix olan fevralın 24-də şimaldan, cənubdan və şərqdən eyni vaxtda kütləvi hücum planlaşdırır.

Ukrayna rəsmisi Oleksiy Danilov müharibənin ən qanlı anının “hələ gəlmədiyini” xəbərdar edib və döyüşlərin fevralda “maksimum səviyyəyə” çatacağını bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Putinin fevralın 24-də ölkəyə şimal, cənub və şərqdən eyni vaxtda hücum planlaşdırdığını və buna uyğun olaraq təlimlər keçirildiyini iddia edib.

Rusiyanın Belarusun cənubu, Krımın şimalı və Donbasın şərqindəki qüvvələri ilə Kiyevi mühasirəyə alaraq böyük hücuma keçəcəyi gözlənilir.

“Biz başa düşürük ki, hər şey masanın üstündədir”, – deyən Danilov Putinin Ukraynaya üçtərəfli hücumunu fevralın 24-də, müharibənin ildönümündə başlaya biləcəyini söyləyib.

Ukraynanın generalı Valeri Zalujnı ötən ay “Economist”ə bildirib ki, Rusiya şərq, cənub və Belarus sərhədi boyunca hücumlara hazırlaşmaq üçün 200 min yeni əsgər hazırlayıb.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]