Rusiyadan Avropaya Quran çağırışı – Özəl

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenko İsveçdə Qurani-Kərimin yandırılmasını və buna bənzər hərəkətləri sərt şəkildə pisləmək üçün Avropa parlamentlərinə çağırış göndəriləcəyini bildirib.

Aktualtv.az xəbər verir ki, Rusiya Parlamentinin yuxarı palatası olan Federasiya Şurasının rəhbəri Valentina Matviyenko Şuranın iclasındakı çıxışında Stokholmdakı Türkiyədəki səfirliyi qarşısında Quranın yandırılmasına reaksiya verib.

Bu cür aksiyaları təşkil edənlərin dünyanı yandırıb, yeni gərginliklər yaratdığını ifadə edən Matviyenko, “Bu təhqirdir, cinayətdir, etnik ədavəti qızışdırır. İnsanlar müsəlmanlar üçün müqəddəs olan şeylərə hücum edir” deyib.

Matviyenko dünyanın bütün ağlı başında olan güclərin bu cür hərəkətləri nəinki pislədiyini, hətta onların dayandırılmasını istədiyini xatırladıb və Rusiyanın bütün millətlərə hörmət edən çoxmillətli ölkə olduğunu bildirib.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsindən İsveçdəki aksiyaya cavab olaraq Matviyenko bunları deyib: “Gəlin Federasiya Şurası adından Avropa parlamentlərinə bu cür hərəkətləri ciddi şəkildə pisləyən və belə halların qarşısını almaq üçün bütün tədbirlərin görülməsini tövsiyə edən çağırış göndərək”.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]