Sərnişin avtobusu aşıb: 1 nəfər ölüb, 15 nəfər yaralanıb – Özəl

Türkiyədə Tokat-Sivas yolunda güclü qar səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb. Qəzada 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Aktualtv.az xəbər verir ki, güclü qarın təsirli olduğu Tokat-Sivas avtomobil yolunun Kızılınış bölgəsində sərnişin avtobusu aşıb.

Yanğınsöndürənlər və xilasedici qrup avtobusda sıxışan sərnişinləri xilas edib.

Qəzada sürücü köməkçisi Mert Balcı hadisə yerində ölüb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Açıqlamada sərnişin avtobusunun gecə saatlarında aşdığı bildirilib.

Avtobusun ikinci sürücüsünün verdiyi məlumata görə, qəzaya səbəb sulu qar olub.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]