Yunanıstan Ukraynadan üz döndərdi – Səbəb – Özəl

Yunanıstan Ukraynaya “Leopard 2” tankı tədarük etməyəcək.

Aktualtv.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kiriakos Mitsotakis Yaponiyaya səfəri zamanı məlumat verib. “Ukraynaya əhəmiyyətli hərbi dəstək vermişik. Bu dəstək xüsusilə zirehli piyada maşınlarında özünü göstərib. Ancaq “Leopard 2” tanklarını müdafiəmiz üçün tamamilə vacib hesab etdiyimizə görə verməyəcəyik. Biz açıq şəkildə bildirdik ki, Ukraynaya dəstək verməyə hazırıq, lakin bu müdafiə imkanlarımızın zərərinə baş verməməlidir”, – deyə Kiriakos baş bazir bildirib.

Xatırladaq ki, yanvarın 25-də ABŞ hakimiyyəti Kiyevə 31 “M1 Abrams” tankı göndərmək niyyətində olduqlarını açıqladı. Həmin gün Almaniya hökuməti də Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini bildirib. Norveç, Slovakiya, Böyük Britaniya, Polşa və Fransa da Kiyevə Qərb istehsalı olan tanklar vermək niyyətlərini açıqlayıblar.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]