Yunanıstanın Türkiyəyə meydan oxudu: “Müharibə ehtimalından narahat deyiləm” – Özəl

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis növbəti dəfə Türkiyəyə qarşı sözlər söyləyib. Mitsotakis, “Türkiyə ilə müharibə ehtimalından narahat deyiləm. Amma bütün bu müharibə qızışdırmasının Türkiyə ictimai rəyini zəhərləyəcəyindən narahatam” deyib.

Aktualtv.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yaponiyaya səfəri zamanı “Nikkei Asia” nəşrinə müsahibə verib. Mitsotakis Yunanıstan və Türkiyə münasibətləri ilə bağlı qiymətləndirmə aparıb.

Türkiyənin Ukrayna siyasəti ilə bağlı danışan Miçotakis bunları deyib:

“Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etməyib. Rusiya ilə xüsusi iqtisadi əlaqələrdən çox faydalanıb və müharibədə bitərəf qalıb. Türkiyənin bu münasibəti bir çox NATO üzvündə məyusluq və narahatlığa səbəb olub. Əgər siz NATO üzvüsüzsə, bitərəf qala bilməzsiniz”.

Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə də toxunan Miçotakis sözlərini belə davam etdirib:

“Türkiyə ilə müharibə ehtimalı məni narahat etmir. Amma məni narahat edən odur ki, son bir neçə ildə Türkiyənin xarici siyasəti daha revizionist və aqressiv olub. Bunun bir dövrə təsadüf etməsini yersiz hesab edirəm. Biz Ukraynada beynəlxalq hüququn pozulması ilə məşğuluq”.

Mitsotakis, “Türkiyə tərəfində gördüklərinizin və eşitdiyiniz şeylərin çoxu seçkiqabağı ritorikadır. Amma bütün bu müharibə qızışdırmasının Türkiyə ictimai rəyini zəhərləyəcəyindən narahatam” deyib.

Xatırladaq ki, yanvarın 20-də Esenyurt Təhsil Kampusunun təməlqoyma mərasimində iştirak edən prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Miçotakisə müraciət edib. Ərdoğan, “Bax, Miçotakis, sən sağa-sola danışırsan. Bunu yaxşı bil. Əgər səhv etməyə çalışsan, türklər üzərinə gələcək. Amma ağıllı qalsan, səninlə işimiz yoxdur” deyib.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]