70-ə yaxın ukraynalı əsgər “Patriot” raketdən müdafiə sisteminin (ABM) istifadəsi üzrə təlim keçmək üçün Almaniyaya gəlib
Aktualtv.az xəbər verir ki, bu barədə DPA agentliyi təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Agentliyin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Almaniyaya gəliblər və onlar təlimlərə başlamalıdırlar. DPA bildirir ki, Almaniya hökuməti ABŞ ilə razılaşaraq “Patriot” raketdən müdafiə sistemini Ukraynaya verməyi planlaşdırır.
Bundesver (Almaniya Silahlı Qüvvələri) Polşaya təhvil verilən Patriot komplekslərinin “birinci müharibəyə hazır olduğunu” elan etdi. Bundesver əsgərləri Polşa qoşunları ilə birlikdə Patriot komponentlərinin quraşdırılmasını təmin etmək üçün yanvarın 16-dan Polşadadırlar.
Büllur Məmmədova / aktualtv.az










