Facebook-dan gündəlik istifadə edənlərin sayı 2023-cü ilin dekabrında orta hesabla iki milyarda, yəni dünya əhalisinin təxminən dörddə birinə çatıb.
Aktualtv.az xəbər verir ki, gözləniləndən daha böyük artım, artan xərclərin və reklam satışlarının azalmasının təzyiqi altında olan şirkət haqqında yeni bir nikbin hava yaratmağa kömək etdi.
Şirkətin sahibi Mark Zuckerberg 2023-cü ili “məhsuldarlıq ili” elan etdiyi üçün ana şirkət Meta-nın səhmləri bağlandıqdan sonra 15 faizdən çox artıb.
Instagram və WhatsApp-ın da sahibi olan Meta, keçən il ofis sahəsini daraltmaq və 11,000 nəfəri və ya işçilərinin təxminən 13 faizini işdən çıxarmaq da daxil olmaqla, böyük bir yenidənqurma elan etdi.
Dekabr ayına qədərki üç ay ərzində firma gəlirinin illik müqayisədə 4 faiz azalaraq 32,2 milyard dollar olduğunu bildirib.
Büllur Məmmədova / aktualtv.az










