İran öhdəliyini yerinə yetirmir – Nüvə təhlükəsi – Özəl

İranın nüvə obyektindəki fəaliyyətləri Tehranın üzərinə götürdüyü öhdəliklərə ziddir.

Aktualtv.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossinin yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, Qrossi İranın agentliyə əvvəlcədən xəbərdarlıq olunmadan zənginləşdirilmiş uran istehsalı ilə bağlı Fordodakı zavodunun dizaynı ilə əlaqəli məlumatlara ciddi şəkildə dəyişikliklər etməsindən narahatdır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Fordo nüvə obyektində qəfil yoxlaması uranı 60%-ə qədər zənginləşdirən sentrifuqaların arasında bəyan edilməmiş dəyişiklik aşkar edib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]