Rusiya Ukraynaya yeni istiqamətlərdən hücum cəhdi edib – Özəl

“Rusiya işğalçıları Ukraynanın Liman, Baxmut, Avdeyev və Novopavlov bölgələri istiqamətdəki mövqelərinə hücum etməyə cəhd göstərirlər”.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər saatlarında yaydığı xülasədə bildirilib. Məlumata görə, Ukrayna müdafiəçiləri son sutkada bir sıra yaşayış məntəqələrində işğalçıların hücumlarını dəf edib.

Donetsk vilayət polisinin məlumatına görə, Rusiyanın Kramatorsk şəhərinə İsgəndər raketi ilə zərbə endirməsi nəticəsində 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb. Hücumda üç mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]