Rusiya və İrana qarşı yeni sanksiya ola bilər – Özəl

Senat Rusiya Federasiyası və İranı strateji ehtiyatda olan neftin satışını qadağan edən qanun layihəsini qəbul edə bilər.

Aktualtv.az xəbər verir ki, Senatın üzvləri indiyə qədər yalnız Çinin daxil olduğu ABŞ-nin strateji ehtiyatından neft satışını qadağan edən qanun layihəsinə Rusiya və İranı da daxil edə bilərlər. Bu barədə Senatda Demokratik Çoxluğun lideri Çak Şumer məlumat verib.

Yanvar ayında Konqresin Nümayəndələr Palatası ABŞ-ın strateji ehtiyatından Çinə neft satışını qadağan edən qanun layihəsini qəbul edib. Sənəd noyabrda keçirilən aralıq seçkilərinin nəticələrinə görə 118-ci Konqresin Nümayəndələr Palatasında səs çoxluğu qazanan müxalif Respublikaçılar Partiyasının təşəbbüsü ilə hazırlanıb.

Amerikanın strateji neft ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra yeni fövqəladə proseslərə hazırlıq məqsədilə yaradılıb. Texas və Luiziana ştatlarında tutumu 714 milyon barelə qədər olan dörd anbarda təxminən 371 milyon barel neft var.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]