Son 10 ilin ən böyük etiraz aksiyası – Maaşlarda artım tələb olunur – Özəl

Böyük Britaniyada son 10 ilin ən böyük etiraz aksiyası yaşanır.

Aktualtv.az xəbər verir ki, etiraz əlaməti olaraq müəllimlər, dövlət qulluqçuları, dəmir yolu və avtobus işçiləri iş yerlərini tərk ediblər. İngiltərə və Uelsdə müəllimlər 2016-cı ildən bəri ilk milli tətildə iştirak edirlər. Etirazçıların əsas istəyi maaşları artırmaq və iş şəraitini yaxşılaşdırmaqdır. Aksiya nəticəsində Londonda ictimai nəqliyyat fasilələrlə işləyir.

Qeyd edək ki, 2022-ci ildə İngiltərə və Uelsdəki əksər dövlət məktəblərinin müəllimlərinin maaşı 5% artıb. Lakin həmkarlar ittifaqları bildirir ki, inflyasiyanın 10%-i keçdiyi nəzərə alınarsa, bu, maaşların kəsilməsi deməkdir.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]