Terrorun necə baş verdiyi məlum deyil – Araşdırma davam edir – Özəl

Pakistan Pişəvər şəhərində məsciddə güclü partlayışla nəticələnən terror aktının səbəblərini araşdırmaqda davam edir.

Aktualtv.az xəbər verir ki, mühüm sübutların aşkarlanmasından sonra terror aktının hazırlanması və həyata keçirilməsində iştirakda şübhəli bilinən 23 nəfər, o cümlədən polis əməkdaşları saxlanılıb. Pakistan hüquq-mühafizə orqanlar terrorçunun məscid ərazisinə necə girə biləcəyini araşdırır. Çünki, şəhərin bu hissəsi xüsusi mühafizə olunur, orada çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayır. Polis məsciddə terrorçunun köməkçilərinin də olduğunu istisna etmir.

Son məlumatlara görə, kamikadzenin ibadət zamanı törətdiyi partlayış nəticəsində əksəriyyəti polis olmaqla 101 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. Hücuma görə məsuliyyəti Pakistanın qadağan etdiyi Pakistan Taliban Hərəkatı üzərinə götürüb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]