Türkiyə rəsmiləri Google-u məhkəməyə verir – Özəl

Türkiyə Rəqabət Şurası internet axtarış xidmətlərinin göstərilməsi ilə bağlı antiinhisar qanunlarını pozduğuna görə Google-u, onun ana şirkəti və törəmə şirkətlərini məhkəməyə verib.

Aktualtv.az xəbər verir ki, bu barədə antiinhisar tənzimləyicisinin məlumatında deyilir.

Departamentin mesajından da göründüyü kimi, araşdırma Alphabet Inc., Google MMC, Google International LLC, Google Ireland Limited və şirkətin Türkiyə filialına qarşı aparılır. “Rəqabət Departamenti bu şirkətlərin axtarış xidmətləri bazarında öz hakim mövqelərindən sui-istifadə etmələri ilə bağlı ilkin araşdırma aparıb”, – tənzimləyici bildirib.

Bu araşdırmanın nəticələri Rəqabət Komissiyası tərəfindən müzakirə edilib və mövcud olan məlumat, sənədlər və nəticələri şirkətin iqtisadi bütövlüyünə qarşı məhkəmə iddiası açmaq üçün kifayət qədər hesab edilib.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]