Yaponiya, liderləri görüşdürəcək – Rusiya-Ukrayna müharibəsinin müzakirəsi – Özəl

G7-nin müvəqqəti sədri Yaponiyanın, fevralın 24-də onlayn Liderlər Sammiti keçirməyi planlaşdırdığı bildirilir.

Aktualtv.az xəbər verir ki, rəsmi Kyodo agentliyinin məlumatına görə, Yaponiya Rusiya-Ukrayna böhranının birinci ildönümündə G7 liderləri ilə görüşəcək.

Ukraynaya hücumların başladığı fevralın 24-də onlayn keçiriləcək sammitə Ukrayna prezidenti Vladimir Zelenskinin də dəvət oluna biləcəyi bildirilib.

Sammitdə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı qətiyyət və həmrəylik mesajlarının verilməsi hədəflənir.

ABŞ, Almaniya, Avropa İttifaqı (Aİ), Fransa, İngiltərə, İtaliya və Kanada liderlərinin qatılacağı sammitdə Ukrayna ilə bağlı əməkdaşlıq gücləndiriləcək.

Rusiya-Ukrayna böhranından mənfi təsirlənən enerji bazarlarının sabitliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

G-7 Liderlər Zirvəsi 2023 may ayında Yaponiya tərəfindən ölkənin cənub-qərb hissəsindəki Xirosima şəhərində keçiriləcək.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]