Zəlzələnin verdiyi zərər gün keçdikcə artır – Özəl

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 9 min 250 evə ziyan dəyib.

Aktualtv.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmedian açıqlama verib. O, bu günə kimi 12 min 245 evin yoxlanıldığını və riskli evlərin müəyyən edilməsi üçün yoxlama prosesinin davam etdiyini bildirib. İranın Mənzil Fondunun məlumatına görə, 1 750 mənzil tamamilə dağılıb və yenidən inşa edilməlidir.

Qərbi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətindən isə zəlzələdən zərərçəkən 76 min 800 nəfərin müvəqqəti sığınacaqlara və ya çadırlarda yerləşdirildiyi bilditilib. Xatırladaq ki, 28 yanvar yerli vaxtla 21:00 radələrində Xoy rayonu ətrafında 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1 167 nəfər xəsarət alıb.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]