Daha əvvəl koronavirus açıqlamaları ilə tez-tez gündəmdə olan Bill Qeyts Elon Maska da irad bildirib.
Aktualtv.az xəbər verir ki, Elon Maskın Mars layihəsinin çox baha başa gəldiyini bildirən Qeyts, “Mən qızılca peyvəndinə bu qədər pul yatırardım” deyib.
Bill Qeyts müsahibəsində bunları deyib:
“Marsa getmək əslində çox baha başa gəlir. Bunun əvəzinə adambaşı 1000 dollara qızılca peyvəndi almaqla insanların həyatını xilas etmək mümkündür. Bu, Marsa getməməli olduğumuzun göstəricisidir, ayaqlarımızı yerə basmalıyıq”.
Müsahibənin davamında Geyts süni intellektin bəşəriyyətə yeni yol açdığını, tibb və elmlə bağlı sualları araşdırmaq imkanı verdiyini və məhsuldarlığımızı artıracağını deyib.
Qeyd edək ki, SpaceX-in sahibi Elon Mask uzun müddətdir ki, Marsı koloniyalaşdırmağa çalışır.
Murad Həsənov /aktualtv.az










