Daha bir ölkə Bayraktar almaq istəyir – Özəl

Portuqaliyanın xarici işlər naziri Joao Gomes ilə görüşən xarici işlər naziri Mövlud Çavuşoğlu Portuqaliyanın Baykarla görüşdüyünü təsdiqləyib.

Aktualtv.az xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Portuqaliyanın xarici işlər naziri Joao Gomes Cravinho ilə keçirdiyi mətbuat konfransında Portuqaliya ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq ola biləcəyini bildirib.

Portuqaliyanın Bayraktar TB2 və AKINCI istehsal edən Baykarla görüşdüyünü ifadə edən Çavuşoğlu, müdafiə sənayesi əməkdaşlığını müzakirə etdiklərini deyib:

“Dostum Joao Xarici İşlər Naziri olmadan əvvəl Portuqaliyanın Müdafiə Naziri idi. Portuqaliya ilə əməkdaşlığımızı müdafiə sənayesi sahəsində də inkişaf etdirmək istəyirik. Öyrəndim ki, Baykar və Portuqaliya arasında müdafiə sənayesi əməkdaşlığı sahəsində danışıqlara başlanılıb. Hər iki dövlət bu əlaqələri daha da inkişaf etdirmək üçün çalışır”.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]