Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq maliyyə yardımı paketi açıqlayıb. Son yardımla Fələstin xalqına edilən ümumi yardımın dəyəri 296 milyona çatıb.
Aktualtv.az xəbər verir ki, Aİ-nin Fələstin ofisindən verilən yazılı açıqlamada, Fələstinə yardım paketi üçün işğal altındakı Qərb Şəriyənin Ramallah şəhərində mərasim təşkil edildiyi bildirilib.
Mərasimdə Fələstin prezidenti Mahmud Abbas və Fələstinin baş naziri Məhəmməd Ştiyya, həmçinin Fələstinin maliyyə naziri Şükri Başar və Aİ nümayəndələri iştirak edib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, Fələstin prezidenti Abbas, həm siyasi, həm də beynəlxalq iclaslarda Fələstin xalqına verdiyi dəstəyə görə Avropa İttifaqına təşəkkür edib.
Büllur Məmmədova / aktualtv.az










