Bunu Güney Azərbaycanın Xoy bölgəsində zəlzələdən zərərçəkənlərdən biri deyib.
Aktualtv.az xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət vətəndaşlarını aldadır. “Birinci zəlzələdə zərərçəkənləri siyahıya aldılar, heç nə etmədilər. İndi də çağırırlar, imza atdırırlar, heç nə vermirlər”.
Qeyd edək ki, ötən ay Xoyda 5,4 və 5,9 bal gücündə iki zəlzələ baş verib. Təbii fəlakətlər nəticəsində ölənlər və yaralananlar olub, minlərlə ev dağılıb. Rəsmi məlumata görə, yanvarın 28-də baş verən zəlzələ nəticəsində 10 minə yaxın ev dağılıb və yararsız vəziyyətə düşüb. Sakinlər soyuq və qarlı-şaxtalı hava şəraitində küçələrdə qalıb.
Hakimiyyətin verdiyi çadırlar kifayət etmir. Tehran rejimi Azərbaycan və Türkyənin yardım təkliflərindən imtina etməklə yanaşı, Güney Azərbaycanın başqa bölgələrindən Xoy etdirilən könüllü humanitar yardım çatdırlmasına da mane olur.
Etibar Məmmədov/ aktualtv.az










