İranın XİN rəhbəri Rusiyaya səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfərinin vaxtı dəqiqləşdirilir.

Aktualtv.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov bildirib.

“İran XİN rəhbərinin Rusiyaya səfəri gözlənilir. Tarix dəqiqləşdirilir. Biz hələ cavab almamışıq, heç nə təsdiq edə bilmərəm, amma prinsipcə, bu, gözlənilir”, – deyə o, suala cavab verib.

Rusiya və İran XİN rəhbərləri arasında danışıqlar yanvarın 17-də Moskvada keçirilməli idi. Daha sonra Rusiya Xarici İşlər Nazirliyindən bildirib ki, tərəflərin razılığı ilə danışıqlar daha sonrakı tarixə təxirə salınıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]