İsveç qarışdı – Siyasi partiyalar bir-birinə qarşı – Özəl

Türkiyə ilə İsveç arasında münasibətlər İsveçdəki təxribatlar səbəbindən gərgin dövr yaşayır.

Aktualtv.az xəbər verir ki, İsveç baş nazirinin təxribatçıları “faydalı axmaqlar” kimi xarakterizə etməsi ölkədə yeni müzakirələrə səbəb olub.

İsveç Sosial Demokrat Partiyasının lideri və keçmiş baş nazir Maqdalena Andersson İsveçin dövlət televiziyası SVT-yə danışıb. O, İsveç Demokratlar Partiyasını hədəfə alıb. O, Qurana hücumu “iyrənc” adlandırıb və bunları deyib:

“Əgər siz Quranı yandırsanız və onu təşviq etsəniz, İsveçlə İslam dünyası arasındakı yaxşı münasibətləri pozmağa çalışan güclər üçün faydalı bir axmaq olarsınız”.

O bildirib ki, İsveç NATO ilə bağlı mühüm prosesdən keçir və ictimaiyyəti bu prosesə kömək etməyə çağırıb.

İfrat sağçı İsveç Demokratlar Partiyasının lideri Cimmi Akesson isə Anderssonun partiyasını günahlandırıb:

“PKK və digər terror təşkilatları ilə Sosial Demokrat Partiyası bir-birinə qarışıb” və bu NATO prosesində ən böyük maneədir.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]