Maaşları artırmaq istərdim, amma olmaz – Baş nazir

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Rişi Sunak maaş artımı tələbi ilə tətilə gedən tibb bacılarına müraciət edib.

Aktualtv.az xarici mətbuata istinadən xəbər verir ki, o, maaşların artırılmayacağını açıqlayıb.

“Böyük bir maaş artımına getmək istərdim, amma indi olmaz. Səhiyyə sahəsinə ayrılan vəsait digər tibb xərclərinə yönəldilməlidir. Həm də hazırda inflyasiyaya görə sabit qalmaq, stabilliyi qorumaq daha vacibdir. Daha çox həkim və tibb bacısını məşğulluğa cəlb etməliyik”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, Sunak baş nazirliyinin 100-cü gününü yaşayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]