Fransa və NATO Rusiya ilə müharibə aparmır. Bu fikir respublika Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
Aktualtv.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü bu barədə açıqlama verib:
“Dəfələrlə qeyd etdiyimiz kimi, biz Rusiya ilə müharibə aparmırıq. NATO tərəfdaşları Rusiya ilə müharibə etmir. Gərginlik yalnız Rusiya tərəfindən müşahidə olunur”.
Belə ki, o, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın, Fransa prezidenti Emmanuel Makronun Kiyevə mümkün hərbi təyyarələrin tədarükünün eskalasiyaya səbəb olmayacağı barədə bəyanatının absurdluğu ilə bağlı sözlərini şərh edib.
Mariya Zaxarova deyib ki, bu cür ifadələr Ukrayna prezidenti Vladimir Zelenskinin onsuz da yorulmayan iştahını artırır. O vurğulayıb ki, Moskva “son vaxtlar Ukrayna münaqişəsi ilə bağlı yüksək səslə bəyanatlar verməkdən çəkinməyən Qərb rəsmilərinin getdikcə daha aqressiv və davakar ritorikasını” qətiyyətlə pisləyir.
Büllur Məmmədova / aktualtv.az










