Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin 2023-cü ilin əvvəlinə qədər verdiyi zərər artıq 750 milyarda çatır.
Aktualtv.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib. Onun sözlərinə görə, iyunun əvvəlində rəqəm 350 milyard dollar zərər təşkil edib. 2023-cü ilin başlanğıcında isə məbləğ 600-750 milyard avroya çatıb. Nazir qeyd edib ki, ölkə hökuməti yaxın həftələrdə Dünya Bankı ilə birlikdə Ukraynanın sürətli bərpası üçün ehtiyaclarının növbəti yoxlamasını keçirməyi planlaşdırır.
Denis Şmıqalın sözlərinə görə 2023-cü ilin dövlət büdcəsində ictimai binaların, mühüm infrastruktur obyektlərinin tikintisi və təmiri, müvəqqəti məcburi köçkünlərin mənzillə təminatı üçün 966 milyon dollar nəzərdə tutulub.
Etibar Məmmədov/ aktualtv.az










