Serbiya prezidenti Aleksandar Vucic ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini və Qərblə münasibətləri pozmayacağını bəyan edib.
Aktualtv.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vucic, Kosovo probleminin həllində ABŞ və Avropa İttifaqının (Aİ) dəstəklədiyi Franko-Almaniya Planının hərtərəfli müzakirə edildiyi Serbiya Assambleyasının sessiyasının sonunda açıqlama verib.
Ölkəsini qarşıda çətin bir dövrün gözlədiyini vurğulayan Vuçiç, “Serbiya danışıqlardan əl çəkməyəcək, Qərblə münasibətləri pozmayacaq və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək” ifadəsini işlədib.
“Mən bu vəziyyətlə bağlı həyəcanlı deyiləm, lakin (Rusiyaya qarşı) sanksiyalar tətbiq etməsək, nə qədər davam edə biləcəyimizi bilmirəm.”- deyə Serbiya lideri Vuçiç açıqlama edib.
Parlamentin iclasının sabah davam edəcəyi gözlənilir.
Büllur Məmmədova / aktualtv.az










