Şengen vizası almaq daha sadə olacaq – Özəl

Avropa İttifaqı Şengen vizalarının alınması prosesini sadələşdirməyi planlaşdırır.

Aktualtv.az xəbər verir ki, “Schengen Visa Info” portalının məlumatına görə, 2026-cı ilə qədər turistlər üçün sənədlərin təqdim edilməsi üzrə rəqəmsal formatın tətbiq edilməsi planlaşdırılır. Aİ Parlamenti xarici vətəndaşların Şengen üçün müraciət prosedurunun modernləşdirilməsi təklifini təsdiqləyib.

Aİ-yə səyahət edən turistlər bütün viza sənədləri üçün onlayn müraciət edə biləcəklər. Bundan əlavə, müraciətlər vahid onlayn platformada həyata keçiriləcək. Eyni zamanda, pasportlardakı stikerlərin rəqəmsal məlumatlarla əvəzlənməsi də nəzərdə tutulur.

Aİ Parlamenti hesab edir ki, prosedurun rəqəmsallaşdırılması nəinki prosesi sürətləndirəcək və turistlərin müraciət etməsi üçün tələb olunan səyləri azaldacaq, həm də Aİ daxilində təcrübənin vahidliyini təmin edəcək.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]