Silahlı dəstələr toqquşdu – Çox sayda ölü var – Özəl

Meksikanın Miçoakan ştatında dəstələr arasında toqquşma baş verib. Qarşıdurmada çox sayda insanın öldüyü, 6 avtomobilin yandırıldığı bildirilib.

Aktualtv.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, əyalətin Tuzantla şəhərində rəqib dəstələr bir-birinə hücum edib.

Saatlarla davam edən qarşıdurma nəticəsində çoxlu sayda insanın öldüyü iddia edilib. Ərazidə 6 yanmış avtomobil tapılıb.

Gücləndirmiş qrupların gəlməsi ilə təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq araşdırmalara başlayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]