İstanbulda xarici diplomatik missiyaların bağlanmasına Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da münasibət bildirib.
Aktualtv.az xəbər verir ki, onun sözlərinə görə, hələ ki ehtimal edilən hücumlarla bağlı konkret məlumat yoxdur:
“Əgər diplomatik missiyalara təhdid varsa, bu barədə bizə məlumat verilməlidir. Səfirliklərin və ya konsulluqların bağlanmasında məqsəd Türkiyədə terror təhlükəsinin olmasına dair imic yaratmaqdırsa, bu, dostluğa uyğun davranış deyil”.
Nazir bildirib ki, prezident və parlament seçkiləri ərəfəsində baş verən bu hadisələr Türkiyə hakimiyyətinin nüfuzuna zərbə vurmaq məqsədi də daşıya bilər. “Əgər yenə heç bir izahat verilmədən oxşar addımlar atılarsa, biz də adekvat caba verəcəyik”.-deyə diplomat fikirini tamamlayıb.
Səbinə Kərimova /aktualtv.az










