Ukrayna müttəfiqlərinə səsləndi – Bunlara çox ehtiyacımız var – Özəl

Ukraynanın 350-450 ədəd Qərb istehsalı tanka ehtiyacı var.

Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İspaniyanın “20 minutos” qəzetinə müsahibəsində bildirib. Podolyak onu da qeyd edib ki, ölkəsinin 150-200 km uzağı vura bilən raketlərə də ehtiyacı var. “Rəsmi Kiyevin beynəlxalq müttəfiqləri münaqişənin indiki mərhələsində Ukraynanın nəyə ehtiyacı olduğunu dəqiq bilirlər. Bunlar ilk növbədə 150-200 km mənzilli raketlər və 350-450 arasında tankdır”, – Podolyak əlavə edib.

O qeyd edib ki, hazırda nüvə riski yoxdur, Zaporojye AES işğal olunub, lakin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən nəzarət altındadır.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]