144 milyon manatlıq yeyinti aşkarlanan nazirlikdə yenidən YOXLAMA KEÇİRİLİR

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yenidən yoxlamalar keçirilir.

Nazirlikdə ötən il dekabr ayının 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər.

Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, Bakıya gətirilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir

Apa

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]