Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü – FOTOLAR

Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada ölən 5 nəfərdən 4-ü bir ailənin üzvləridir.

Bunlar Bərdə rayonu Qarağacı kənd sakinləri Baxşəliyev Məhərrəm Nüsrət oğlu, onun həyat yoldaşı Kərəmova Xalidə İsa qızı, qızları Baxşəliyeva Məfdunə Məhərrəm qızı və oğulları Baxşəliyev İlkin Məhərrəm oğludur.

Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva isə xəstəxanaya yerləşdirilib.

Baxşəliyev İlkin Daxili Qoşunların hərbçisi olmaqla yanaşı, Vətən müharibəsinin iştirakçısı olub. O, döyüşlərdə iştirakına görə “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəzada həlak olan Ceyhun Quliyev də Vətən müharibəsi iştirakçısıdır. Rayonun Birinci Qaradəmirçi kənd sakini ANAMA əməkdaşı olub. O isə “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]