Avropa İttifaqı, Yeddilik Qrupu (G7) və Avstraliya ilə birlikdə, bazar günündən etibarən dəniz yolu ilə daşınan Rusiya neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 ABŞ dolları və 45 ABŞ dolları qiymətində limit qoyub.
Aktualtv.az xəbər verir ki, limitlər Qərb bizneslərinə və Qərbin nəzarətində olan logistika şirkətlərinə və ərazilərinə şamil olunacaq. Fevralın 5-dən aprelin 1-dək 55 günlük keçid dövrü başlayacaq. Qiymət səviyyələri iki aydan bir nəzərdən keçiriləcək.
Aİ ölkələrində fevralın 5-dən Rusiya neft məhsullarının dəniz yolu ilə tədarükünə 2022-ci ilin iyununda razılaşdırılmış qadağa qüvvəyə minir. Fevralın 5-dən əvvəl bağlanmış təchizat müqavilələrinin icrası üçün 55 günlük keçid dövrü var. Bu halda aşağıdakı şərt yerinə yetirilməlidir: yanacaq fevralın 5-dən əvvəl gəmiyə yüklənib və aprelin 1-dən əvvəl təyinat limanına çatacaq.
Fevralın 4-dən Avstraliya, Böyük Britaniya, Kanada, ABŞ, Yaponiya və Aİ-nin daxil olduğu koalisiya Rusiya neftinin 2022-ci il dekabrın 5-də dəniz yolu ilə çatdırılması üçün bir barel neftin son qiymətini 60 dollar müəyyən edib. Buna görə də, indi onlar logistika şirkətlərinə və xarici firmalara Rusiya nefti və neft məhsullarının tavan qiymətlərdən yuxarı tədarük ediləcəyi təqdirdə sanksiyalarla üzləşəcəyini bəyan edirlər.
Qiymət səviyyəsinə hər iki aydan bir yenidən baxılacaq və xam neftin qiymətinin yuxarı həddi martın ortalarında yenidən qiymətləndiriləcək.
Büllur Məmmədova / aktualtv.az










