Türkiyənin Afyonqarahisar vilayətinin Dinar rayonunda sərnişin avtobusu aşıb. İlkin məlumata görə, 8 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.
Aktualtv.az xəbər verir ki, Diyarbəkirdən Bodruma gedən və içərisində 43 nəfərin olduğu avtobus, Dinar Haydarlı yol ayrıcının Karabedir qovşağında sürücünün sükan hakimiyyətini itirməsi nəticəsində aşıb.
Hadisə yerinə təcili yardım, jandarma, xilasetmə qrupları sövq edilib.
8 nəfər həyatını itirib, 35 nəfər yaralanıb. Yaralılar Afyonkarahisar və Isparta xəstəxanalarına aparılıb.
Qəzada qolu qırılan Adem Kaya Şanlıurfadan avtobusa minərək Bodruma getdiyini bildirib.
Sürücünün yatdığını iddia edən Kaya, “Yolda buzlanma yox idi. Qəza zamanı yarıyuxulu idim. Avtobusun uçduğunu gördüm. Ölənlər oldu, bildiyimə görə 8 nəfər öldü. Təcili yardım maşınları bizi Afyonqarahisar Dövlət Xəstəxanasına gətirdi. Qolum qırıldı,həqiqətən pis idi. Allah səbr versin” deyib.
Büllur Məmmədova / aktualtv.az










