Çin ABŞ-nin kəşfiyyat məqsədləri üçün olduğundan şübhələndiyi yüksək hündürlükdə Çin hava şarını vurmasına etiraz edib.
Aktualtv.az xəbər verir ki, bu dəfə ABŞ və Çin arasındakı böhranın adı “müşahidə şarı” oldu.
Amerika ordusu bir müddət hava məkanında olan Çinin müşahidə şarını vurub. Pekin ABŞ-nin hava şarını vurmasına etiraz edib.
Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Çin ABŞ-nin insansız uçan aparata qarşı güc tətbiq etməsindən dərin narazıdır və hücuma etiraz edir”.
Bəyanatda Çin tərəfinin Vaşinqtona bunun mülki məqsədli olduğunu, Amerika hava məkanına ciddi səbəblərdən girmədiyini və sırf təsadüf olduğunu bildirdiyi vurğulanıb və məsələnin sakit, peşəkar və təmkinlə idarə olunması açıq şəkildə tələb edilib:
“ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hava şarı yerdəki şəxsi heyət üçün hərbi və ya fiziki təhlükə törətməyib. Bu şəraitdə ABŞ tərəfi beynəlxalq qaydaları kobud şəkildə pozaraq, güc tətbiq etməkdə israr edərək həddindən artıq reaksiya verib.”
Açıqlamada Çinin hadisədən zərər görən şirkət və qurumların qanuni hüquq və mənafelərini qoruyacağını və buna uyğun reaksiya vermək hüququnu özündə saxladığı bildirilib.
Büllur Məmmədova / aktualtv.az










