İran nüvə silahlanması həyata keçirir? – Beynəlxalq Atom Enerjisi Agentliyi narahatdır – Özəl

İranın Fordo bölgəsindəki uranın zənginləşdirilməsi müəssisəsində elan edilməmiş dəyişikliklə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin yaydığı hesabatla İranın nüvə öhdəlikləri üst-üstə düşmür.

Aktualtv.az xəbər verir ki, bununla bağlı Fransa, Almaniya, Böyük Britaniya və ABŞ hökumətləri birgə bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, təsisatda yüksək səviyyədə zənginləşdirilmiş uran istehsalı nüvə silahlanması riski daşıyır və İranın bu xəbərin doğru olmadığına dair iddiaları qənaətbəxş deyil.

“İranın davranışlarını boş vədlərə əsasən deyil, Beynəlxalq Atom Enerjisi Agentliyinin obyektiv hesabatına uyğun qiymətləndiririk və rəsmi Tehranı öhdəliklərini yerinə yetirməyə çağırırıq” -məlumatda bildirilib.

Qeyd edək ki, Agentliyin Fordo nüvə obyektində qəfil təftişi uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının arasında bəyan edilməmiş dəyişiklik aşkar edib.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]