Pakistanın Kvetta şəhərində partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.
Aktualtv.az xəbər verir ki, polisin məlumatına görə, insident Kvetta polisinin qərargahı yaxınlığındakı keçid məntəqələrinin birində baş verib. Partlayış nəticəsində 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Hələlik bölgədə fəaliyyət göstərən heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Son 6 ayda Pakistan hökumətinin ölkənin mərkəzləşdirilməsini gücləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə qarşı çıxan millətçi və separatçı qrupların fəallaşması səbəbindən Bəlucistanda vəziyyət gərginləşib.
Xatırladaq ki, yanvarın 30-da Pakistanda məsciddə baş verən partlayışda 101 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.
Murad Həsənov /aktualtv.az










