Ukraynanın Baxmut şəhəri mühasirəyə düşür – Özəl

“Baxmut getdikcə Ukrayna ordusunun təchizat marşrutlarından təcrid olunur”.

Aktualtv.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ötən həftə Rusiya Baxmut şəhərini mühasirəyə almaq cəhdlərində məhdud irəliləyiş əldə etməyə davam edib. Ukraynalı müdafiəçilər üçün şəhərə daxil olan iki əsas yol indi çox güman ki, Rusiya ordusunun irəliləməsindən sonra birbaşa atəşə məruz qalacaq.

Məlumata görə, bu həftənin əvvəlində Vaqner birləşmələri çox güman ki, Baxmutu Seversk şəhəri ilə birləşdirən ikinci marşrutu ələ keçiriblər.

“Ölkə daxilində Ukrayna qüvvələri üçün az sayda alternativ təchizat marşrutu qalıb və Baxmut getdikcə təcrid olunur”, – deyə əlavə edilib.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]