Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 10-cu paketinə yeni iqtisadi məhdudiyyətlər daxil olmayacaq.
Aktualtv.az xəbər verir ki, bu barədə bazar ertəsi “Politico” qəzeti diplomatlara istinadən məlumat yayıb.
Aİ-nin Rusiyaya qarşı sanksiyalarının onuncu paketi yeni iqtisadi tədbirləri əhatə etməyəcək, əksinə, artıq tətbiq edilmiş məhdudiyyətlərdəki boşluqları dolduracaq. Qəzetin bir neçə həmsöhbətinin fikrincə, iqtisadi sanksiyalar baxımından söhbət “real paket”dən deyil, mövcud məhdudiyyətlərin tənzimlənməsindən gedir, çünki yeni tədbirlər paketinə “əlavə edilə biləcək çox şey yoxdur”.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen daha əvvəl bildirib ki, Brüsselin fevralın 24-dək tətbiq etməyi planlaşdırdığı Aİ-nin Rusiyaya qarşı onuncu sanksiyalar paketi 10 milyard avroya məhdudiyyətlər nəzərdə tutur. Onun sözlərinə görə, yeni Aİ paketi də əvvəlki sanksiyalar paketlərində mövcud olan boşluqları aradan qaldırın.
Səbinə Kərimova /aktualtv.az










