Ayətullah Əli Xamenei “on minlərlə” məhbusu, o cümlədən hökumət əleyhinə nümayişlərlə əlaqəli olanları əfv edib. Əfvlər 1979-cu il İslam inqilabının ildönümü ərəfəsinə təsadüf edir.
Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb. İranın dövlət mediası deyir ki, Ayətullah Xameneinin son əfvləri ədliyyə başçısının məktubunda saxlanılanların çoxunun xarici təsir və təbliğatla yoldan azmış gənclər kimi qələmə verilməsindən sonra gəlib. Məktubda bir sıra etirazçıların peşman olduqlarını və bağışlanmalarını xahiş etdikləri iddia edilir. Amma daha ağır cinayətlərdə – məsələn, xarici agentlərə casusluqda, adam öldürməkdə və ya dövlət əmlakını məhv etməkdə ittiham olunanlar əfv edilməyəcək.
Tədbir həmçinin hazırda həbsdə olan ikili vətəndaşlara da şamil edilməyəcək. Qeyd edək ki, İran konstitusiyasının 110-cu maddəsinə əsasən, ölkənin ali lideri məhkəmə sisteminin tövsiyəsi ilə əfv sərəncamı vermək səlahiyyətinə malikdir.
Etibar Məmmədov / aktualtv.az










