Azərbaycanlı tələbə bacılar dağıntılar altından çıxarıldılar

Türkiyədə baş verən zəlzələdə azərbaycanlılar da xəsarət alıblar.

Aktualtv.az xəbər verir ki, bu barədə Redaktor.az-a Türkiyədə yaşayan jurnalist Nigar Ögeday məlumat verib.

Onun sözlərinə görə, Kahramanmaraş rayonu, İsmetpaşa məhəlləsi, Trabzon prospektindəki binanın dağıntıları altından Sütçü Universitetinin tələbələri Gülşən və Jalə Cəfərova bacıları çıxarılıblar.

“Onların hazırda hansı xəstəxanaya aparıldıqlarını araşdırıram. Telefonları dağıntılar altında qaldığı üçün əlaqə yaratmaq mümkün deyil. Sadəcə olaraq, onlarla birlikdə xilas edilən başqa bir soydaşımızın dediyinə görə, vəziyyətləri orta-ağır olub, haraya aparıldıqları barədə onun da məlumatı yoxdur. Gün ərzində sizə yeni məlumatlar göndərəcəyəm”, – deyə həmkarımız əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]