Anadolu agentliyi Niderlandda etirazlardan yazıb.
Bildirilir ki, yüzlərlə müsəlman “Qurani-Kərim”ə qarşı hücumlara etiraz məqsədilə küçələrə axışıb. “Müsəlman nifrətinə qarşı ayağa qalxın” adlı nümayiş İslam Təşkilatları Federasiyası və Haaqlanden Regionu İslam Təşkilatları Assosiasiyası təşkil edib.
Aktualtv.az xəbər verir ki, Haaqa şəhərində Narıncı meydana toplanan müsəlmanlar kitaba qarşı nümayişlərin baş tutduğu Koekamp meydanına doğru yürüyüş ediblər. Nümayişdə mətbuata açıqlamanı oxuyan Türk İslam Mədəniyyəti Fondunun prezidenti Tahsin Çetinkaya Niderlandda müsəlmanlara qarşı nifrətin yeni səviyyəyə çatdığını bildirib. Onun sözlərinə görə, müsəlmanlar, məscidlər və digər İslam təşkilatları bu illər ərzində müxtəlif nifrət aktları ilə üzləşiblər.
Məscidlərə təhdid məktubları göndərmək, məscidin qapılarına donuz başları asmaq və məscidləri yandırmaq belə aktlardandır.
Etibar Məmmədov / aktualtv.az










