Türkiyədə əlverişsiz hava səbəbindən dərslərə fasilə verildiyi şəhərlərin sayı 26-ya çatıb. Təhsil ocaqlarında 6 fevral tarixində ibtidai və orta məktəblərində dərslər keçirilməyəcək.
Aktualtv.az xəbər verir ki, bu barədə rəsmi qurumlar məlumat yayıblar. Həmçinin İstanbul hava limanı və Sabiha Gökçen hava limanında eniş və ya qalxışlı ümumilikdə 180 reys təxirə salınıb. Bildirilib ki, reyslərin 152-si İstanbul hava limanı, 18-i isə Sabiha Gökçen adına aeroporta şamil olunur.
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan təyyarə də Ankarada enməli olub. Təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.
Büllur Məmmədova / aktualtv.az










