Türkiyədə daha bir faciə: Xilasedicilər dağılan binanın altında qaldılar

Türkiyədə baş verən 7,5 bal gücündə növbəti güclü zəlzələdən sonra Malatyada bir çox bina yenidən zərər görüb.

Malatyada axtarış-xilasetmə işlərinə kömək edən deputat Vəli Ağbabanın sözlərinə görə, xilasedicilər də dağıntılar altında qalıblar.

“Dünən gecə uçan binanın düz yanında uçmayan bina var idi. Dağıntılar altından insanları çıxardıq. Təxliyədən təxminən 20 saniyə sonra uçmayan bina axtarış-xilasetmə işləri aparılan binanın üzərinə çökdü. Təəssüf ki, axtarış-xilasetmə qrupu dağıntılar altında qalıb”, – deyə o, “Twitter” hesabında bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]