Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan olub

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Kahramanmaraş Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub. Zəlzələ  Maraşla yanaşı, Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniyedə də hiss olunub.

Təbii fəlakət qardaş ölkədə böyük itkilərə və dağıntılara səbəb olub. Türkiyəyə zəlzələyə görə dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb.

“CNN Türk”də yer alan məlumata görə, yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub. Belə ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]