Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələ ilə bağlı başsağlığına görə təşəkkür edib.

Əminə Ərdoğan bu barədə tviter hesabında yazıb.

“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, – Türkiyənin birinci xanımı bildirib.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 2921 nəfərə çatıb, 15 834 nəfər yaralanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]